“Liverpul” hücumçusu Məhəmməd Salah ilə yeni müqavilə imzalamağa çox yaxındır.
Futbolpress.az xəbər verir ki, mersisaydlıların misirli forvard ilə yeni sözləşməsinin 2 illik nəzərdə tutulduğu bildirilir. Maaş təfərrüatları açıqlanmayıb.
Futbolçunun mersisaydlılarla hazırkı müqaviləsi yayda başa çatır.
32 yaşlı futbolçu 2017-ci ildən İngiltərə klubunun şərəfini qoruyur.