Madrid “Real”ının müdafiəçisi David Alaba bu yay klubu tərk edə bilər.
Futbolpress.az xəbər verir ki, texniki heyət hələ də avstriyalı futbolçuya inansa da, klub rəhbərliyi 32 yaşlı futbolçunun köhnə formasına qayıtmasının çətin olacağını düşünür.
“Defensa Central”ın xəbərinə görə, Madrid təmsilçisi Alabanı yayda 5-6 milyon avro aşağı qiymətə satmağa hazırdır.
Digər tərəfdən “Real”ın Alabaya hörmətlə yanaşdığı və yalnız futbolçunun xahişi ilə transferin mümkünlüyünü nəzərdən keçirəcəyi qeyd edilib.
33 yaşlı futbolçu müqaviləsinin sonuna qədər klubda qalarsa, 2025/2026 mövsümü üçün alacağı 23 milyon avroya qənaət edə bilər.