Klubda ən çox maaş alan

PSJ 22 yaşlı sol cinah müdafiəçisi Nuno Mendeş ilə müqaviləsini yeniləyib.

Futbolpress.az xəbər verir ki, Fransa klubu portuqaliyalıyla sözləşmənin müddətini 2030-cu ilin yayına qədər artırıb.

Qeyd olunur ki, maaş artımı hesabına Mendeş Paris komandasının ən çox maaş alan futbolçularından birinə çevriləcək.