Klub rəsmisi baş məşqçisinin taleyindən danışdı

“Napoli”nin idman direktoru Covanni Manna komandanın baş məşqçisi Antonio Kontenin gələcəyindən danışıb.

Futbolpress.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən funksioner mütəxəssislə yola davam edəcəklərini deyib:

“Kontenin müqaviləsi davam edir və komandanın çıxışı qənaətbəxşdir. Ümid edirəm ki, növbəti mövsüm də Konte ilə hansısa problem olmadan işləməyə davam edəcəyik”.

Kontenin klubla sözləşməsi 2027-ci ilin yayına kimidir. Komanda A Seriyasında 29 turdan sonra 61 xalla ikinci sıradadır.