Klub prezidenti: “Hər şey onun özündən asılıdır”

Fransanın “Lill” klubunun prezidenti Olivye Letanq fransalı hücumçu Conatan Devid ilə bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, funksioner adı İngiltərə klubları ilə hallanan futbolçunun yanvarda komandadan ayrılmayacağını deyib:

“Devid yanvarda komandadan ayrılmayacaq. Ona yeni müqavilə təklif etmişik və hər şey özündən asılıdır”.

Conatan bu mövsüm 19 oyunda 13 qol vurub.