“Real”ın prezidenti Florentino Peres komandanın baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Klub rəhbəri italiyalı mütəxəssisin işindən razıdır və onun komandada daha bir neçə il qalmasını istəyir.
Karlonun müqaviləsi 2026-cı ilin yayına kimidir.
“Real” La Liqada bu mövsüm 7 turdan sonra 17 xalla ikinci sıradadır. Komanda lider “Barselona”dan 4 xal geri qalır.