“Monpelye”də baş məşqçi Mişel der Zakaryan ilə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun prezidenti Loran Nikolen yerli mətbuata açıqlamasında deyib. O, “Marsel”ə 0:5 hesablı məğlubiyyətdən sonra erməni mütəxəssisin qovulduğunu bildirib.
“Monpelye” 8 turdan sonra 4 xalla 18 komanda arasında sonuncudur.