“Klub olaraq bu oyunları səbirsizliklə gözləyirik” – “Sabah”ın məşqçisi

UEFA Gənclər Liqasının püşkatması olub.

Futbolpress.az xəbər verir ki, mübarizəyə 2-ci mərhələdən başlayacaq “Sabah” İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq. U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç püşkatmanı dəyərləndirib:

“Komandamız mübarizəyə 2-ci mərhələdən başlayacaq. Bu mərhələdə asan rəqib olmur. Amma mümkün rəqiblər arasında ən çətin rəqiblə oynayacağımızı deməliyəm. “Bazel” gənclərlə işə xüsusi önəm verən klubdur. Bu klub İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdir. Artıq bu komanda ilə oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı. Klub olaraq bu oyunları səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, “Sabah”la “Bazel” arasındakı ilk matç oktyabrın 23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Azərbaycanda olacaq.