Kloze Mahirin transferi haqda: “Yaxşı oyunçu qazandıq”

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandanın yeni transferi Mahir Emreli haqda danışıb.

Futbolpress.az “Bild”ə istinadən xəbər verir ki, mütəxəssis azərbaycanlı forvard haqda bunları deyib:

“Həqiqətən, yaxşı oyunçu qazandıq. Əla təcrübəsi var və yaxşı çempionatdan gəlib. Emreli II Bundesliqada qalmağımız üçün lazımi köməkliyi göstərmək gücündədir. O, gözəl xarakterə və əla münasibətə malikdir. Həm də topla yaxşı rəftar edə bilir, mövqeləri hiss edir. Topla da yaxşı qaçmağı bacarır”.

Mahir “Nürnberq”lə 1 illik müqavilə imzalayıb.