Kloppun köməkçisi Avstriyada işləyəcək

“Liverpul”da baş məşqçi Yurgen Kloppun köməkçisi Pepeyn Lenders yeni mövsümdən Avstriyada çalışacaq.

Futbolpress.az xəbər verir ki, niderlandlı mütəxəssis “Zalsburq”un baş məşqçisi olacaq. Bu barədə İngiltərə klubun mətbuat xidməti məlumat yayıb.

Mersisayd təmsilçisində baş məşqçi Yurgen Klopp və köməkçiləri mövsümün sonunda klubu tərk edəcək.