“Liverpul”un baş məşqçisi Yurgen Klopp VAR sisteminə münasibətindən danışıb
Futbolpress.az xəbər verir ki, o, VAR-a qarşı olduğunu bildirib:
“AR-dan şübhəsiz ki, sui-istifadə edilir. Mən VAR əleyhinə səs verərdim. İnsanlar sistemi düzgün işlədə bilmirlər. Problem VAR deyil, insanlardır”.
İngiltərədə iyunun 5-də VAR-ın ləğv olunması üçün səsvermə keçiriləcək.