Klopp Salahla mübahisəsindən danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahla mübahisəsindən danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunçu ilə danışdıqlarını və hər şeyin qaydasında olduğunu bildirib:

“Məsələ həll olunub. Bir-birimizi çoxdan tanıyırıq və hörmət edirik. Hər şey qaydasındadır”.

Klopp ilə Salah Premyer Liqada “Vest Hem”lə matçda (2:2) mübahisə edib.