Alman mütəxəssis Yurgen Kloppun “Roma”ya baş məşqçi təyin ediləcəyi xəbərləri yayılıb.
Futbolpress.az xəbər verir ki, Kloppun agenti Mark Kositske “winwin” portalına açıqlamasında məlumatları təkzib edib:
“Klopp “Roma”nı çalışdıracaq? Xeyr, bu düzgün deyil”.
Bu gün “La Stampa” nəşri mütəxəssisin “Roma”nın yeni baş məşqçisi olacağını bildirmişdi.