Klop iş təklifini rədd etdi

Hazırda “Red Bull” korporasiyasında direktor vəzifəsində çalışan alman məşqçi Yurgen Klop “Lids Yunayted” ilə əməkdaşlıq imkanlarını istisna edib.

Futbolpress.az xəbər verir ki, “Red Bull” “Lids Yunayted”in əsas sponsoru və sahibidir. Klopun klubu idarə etməsinə rəhbərlik etdiyi barədə şayiələr var.

Bununla belə, “BILD” xəbər verir ki, Klop “Lids Yunayted”in birbaşa iş təklofindən imtina edib. “Liverpul”un keçmiş baş məşqçisinin “qırmızılar” azarkeşlərinə hörmət edərək başqa bir ingilis klubu ilə işləmək istəmədiyi güman edilir.

“Red Bull” klub korporasiyasına həmçinin “Leyptsiq”, Salzburq”, Lyeferinq”, “Nyu York”, “Paris”, “Saytama” və “Braqantino” daxildir.