KL: son həftənin ən yaxşı futbolçusu kim olacaq?

Konfrans Liqasında “Olimpiakos” ilə “Fiorentina” arasında keçirilən final oyununun ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Futbolpress.az xəbər verir ki, yunanlardan David Karmo, Kostas Tsolakis, Ayub El-Kaabi, italyanlardan isə Pyetro Terraççano bu ada namizəd göstərilib.

“Olimpiakos” “Fiorentina”nı El-Kaabinin qolu ilə məğlub edib və çempion olub.