“Zirə” və “Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki oyunklarını idarə edəcək hakimlər müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, “Zirə”nin “Osiyek” ilə səfər oyununu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Aristotelis Diamantopulos olacaq. Ona yan xətt hakimləri Konstaninos Psarris və Konstantinos Triantaflu kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Perrakis yerinə yetirəcək. VAR-da Spridon Zampalas və Stefanos Komparakis olacaq.
“Sabah”ın “Sent-Patriks”lə görüşünü isə İslandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Vilyalmur Torarinsson olacaq. Ona yan xətt hakimləri Gilfi Mar Siqurdsson və Birkir Siqurdarson kömək edəcəklər. Dördüncü hakim funksiyasını Helgi Mikael Yonasson yerinə yetirəcək. VAR-da ingiltərəli Neil Deyvis və Darren İnqlend olacaq.
Hər iki matç avqustun 8-də keçiriləcək. “Zirə”nin oyunu 22:00, “Sabah”ınkı isə 22:45-də olacaq.