“Sabah” İrlandiyada minimal hesabla uduzdu

“Sabah” bu gün Konfrans Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, “futuristlər” III təsnifat mərhələsinin ilk matçında “Sent Patriks”in qonağı olub. İrlandiyada keçirilən görüş rəqibin mininal hesablı qələbəsi ilə yekunlaşıb. 35-ci dəqiqədə Romal Palmer fərqlənib. Təmsilçimiz görüşü 10 nəfərlə başa vurub.  53-cü dəqiqədə İvan Lepinitsa iki sarı vərəqədən sonra meydandan qovulub. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun

22:45 Sent Patriks (İrlandiya) – Sabah 1:0

Qollar: Romal Palmer, 35

Qırmızı vərəqə: İvan Lepinitsa
Baş hakim: Vilhyalmur Torarinsson (İslandiya)