KL: Azərbaycan klublarının potensial rəqibləri məlum olacaq

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Futbolpress.az xəbər verir ki, mərasim saat 16:00-da başlayacaq. Tədbirdə KL-da iştirak edən Azərbaycan klublarının da potensial rəqibləri məlum olacaq.

“Sabah” – “Makkabi” cütünün qalibi səpələnmişlər də, “Zirə” – “Dunayska Streda”, “Sumqayıt” – “Fehervar” cütlərinin qalibi isə səpələnməmişlər səbətində olacaq.

Azərbaycan klubları II təsnifat mərhələsinin ilk oyunlarına iyulun 25-də çıxacaq.