“Zirə” bu gün Konfrans Liqasının pley-off mərhələsində “Omoniya”nın qonağı olacaq. Kipr təmsilçisi ilə görüş GSP stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
Azərbaycan təmsilçiləri avrokuboklarda 3-cü dəfə “Omoniya” ilə duellərə girəcək. Daha əvvəl “Qarabağ” və “Qəbələ” Nikosiya təmsilçisi ilə qarşılaşıb. “Qarabağ” 2021/22 mövsümündə Avropa Liqasının qrup mərhələsində Kipr komandası ilə iki dəfə qarşılaşmışdı. Bakıda “Omoniya” ilə heç-heçə edən “atlılar” Nikosiyada rəqibinə qalib gəlməyi bacarmışdı.
Qarabağ – Omoniya 2:2
Omoniya – Qarabağ 1:4
Sonuncu dəfə isə “Qəbələ” bu komanda ilə üz-üzə gəlib. 2023/24 mövsümündə Konfrans Liqasının II təsnifat mərhələsində “Omoniya”ya rəqib olan “qırmızı-qaralar” hər iki oyundan məğlubiyyətlə ayrılıb.
Qəbələ – Omoniya 2:3
Omoniya – Qəbələ 4:1.
Ümumiyyətlə, Azərbaycan klubları buna qədər 7 dəfə Kipr səfərində avrokubok matçına çıxıb. Bu ölkədə ilk qələbə 2012-ci ilə təsadüf edir. “Neftçi” məhz Nikosiyada APOEL-ə qalib gələrək, tarixi uğura imza atmışdı. Azərbaycan klublarının Kiprdəki 7 matçından 3-ü məğlubiyyətlə başa çatıb, 3-ü isə qələbə ilə yekunlaşıb. Bir matçda isə bərabərlik qeydə alınıb. “Zirə” bu gün qələbə qazanmaqla seriyanı təmsilçilərimizin lehinə dəyişə bilər.
Omoniya – Qəbələ 4:1
Aris Limassol – Neftçi 2:0
Omoniya – Qarabağ 1:4
APOEL – Qarabağ 2:1
APOEL – Qarabağ 1:2
Apollon Limassol – Qəbələ 1:1
APOEL – Neftçi 1:3
Kamil Əhməd