“Kimyaçılar” qalib gəldi

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “Kimyaçılar” MOİK-lə qarşılaşıb. Saat 15:00-da “Kapital Bank Arena”da start götürən qarşılaşmada Vaqif Cavadovun yetirmələri 3:2 hesablı qələbə qazanıb. Komandanın qollarını Giorgi Karaişvili, Kamran Quliyev və Rövlan Muradov rəqib qapısından keçirib.

İlk yoldaşlıq matçında “Araz-Naxçıvan”la qarşılaşan “Sumqayıt 2:2 hesablı bərabərə qalmışdı.

Mövsümün ilk yarısından sonra aktivində 20 xalı olan “Sumqayıt” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.