“Bavariya”nın futbolçusu Yozua Kimmix açıqlama verib.
Futbolpress.az xəbər verir ki, klubla yeni müqavilə danışıqları aparan alman yarımmüdafiəçi yerli mətbuata bunları söyləyib:
“Yeni müqavilə üçün yayı gözləməyəcəyəm. Düşünəcəm və yaxın zamanda qərarımı verəcəyəm”.
29 yaşlı futbolçunun indiki müqaviləsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm 19 oyunda 4 məhsuldar ötürmə edib.