“Bavariya” ilə müqaviləsi mövsümün sonuna kimi olan Yozua Kimmix karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Real” alman yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Bild” nəşri məlumat yayıb. Madrid təmsilçisi yayda oyunçunun transferini həll etmək istəyir.
Kimmix bu mövsüm 28 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə edib. 29 yaşlı futbolçu ilə “Barselona” və “Mançester Siti” də maraqlanır.