Kimmix onlar kimi düşünmür

“Bavariya”nın futbolçusu Yozua Kimmix açıqlama verib.

Futbolpress.az xəbər verir ki, alman yarımmüdafiəçi sıx qrafikdən şikayətlənən futbolçuların əleyhinə danışıb və çox oyun keçirməyi xoşladığını deyib:

“Bəlkə, digərləri mənə qəzəblənəcək, amma çox oynamağı sevirəm. Futbolda həmişə zədələr olacaq. Heyətlər genişlənir və komandalar rotasiyalar edə bilirlər. Az oyun olsa belə zədələr qaçılmazdır. Demək olar, çox zədə sərt müdaxilələr sonrası yaranır”.

Daha əvvəl Kevin De Bruyne, Emerik Lyaport, Rodri kimi futbolçular sıx qrafikdən şikayətlənmişdi.