“Mançester Siti” “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, futbolçunun yayda azad agent kimi Mançester təmsilçisinə keçəcəyi gözlənilir. Kimmixin Münhen klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.
29 yaşlı almaniyalı oyunçu “Bavariya” ilə də yeni müqaviləylə bağlı danışıqlar aparacaq və yanvardan etibarən bu istiqamətdə işləri intensivləşdirəcək.