Kimmix “Barselona”nın təklifinə cavab verdi

“Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmix “Barselona”nın təklifinə cavab verib.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubunun şərtləri Kimmixi qane etmədiyindən o, keçidə razılıq verməyib.

Qeyd olunur ki, Kimmix “Bavariya”da ildə 19,5 milyon avro qazanır. “Barselona” 29 yaşlı futbolçuya eyni maaşı təklif etməyə hazır deyil

Yarımmüdafiəçi bu mövsüm 43 matçda 2 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.