“Kimin həqiqi çempion olduğunu göstərdik”

“Fənərbağça” Türkiyə Super Liqasında “Qalatasaray”ı məğlub edib – 1:0.

Futbolpress.az xəbər verir ki, “bülbüllər”in prezidenti Ali Koç qələbədən sonra bunları deyib:

“Əslində bu, sadəcə bir derbi qələbəsidir. Ancaq bir tərəfdən də çox önəmlidir. Bu gün kimin həqiqi çempion olduğunu şərəfsizlərə, alçaqlara göstərdik”.

“Fənərbağça” Super Liqada sona bir tur qalmış 96 xalla ikinci sıradadır. Lider “Qalatasaray”ın aktivində isə 99 xal var.