“Bavariya”nın hücumçusu Harri Keynin son durumu məlum olub.
Futbolpress.az xəbər verir ki, Bundesliqada “Ayntraxt”la matçda zədə alan forvardın durumu ciddi deyil. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Keynin sağlıq vəziyyəti yaxşıdır və o, İngiltərə millisinin düşərgəsinə qoşulacaq.
İngiltərə millisi oktyabrın 10-da Yunanıstanı qəbul edəcək, 13-də isə Finlandiyanın qonağı olacaq.