İngiltərə millisi UEFA Millətlər Liqasının II turunda Finlandiyanı məğlub edib – 2:0.
Futbolpress.az xəbər verir ki, görüşdə qollari Harri Keyn vurub.
İngilis hücumçu yığmada 100-cü oyununa çıxıb və dubl edib. Keyn 68 qolla millinin bombardiridir. Forvard həm də 100-cü oyununda qol vuran üçüncü futbolçu olub.
Ondan əvvəl Bobbi Çarlton və Ueyn Runi millidəki yubiley görüşündə fərqlənib.