Keyn: “Ümid edirəm ki, kubok qazana biləcəm”

İngiltərə millisinin futbolçusu Harri Keyn Avro-2024-ün finalında bu gün İspaniyaya qarşı keçirəcəkləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, yığmanın kapitanı matçdan öncə baş tutan mətbuat konfransında bunları deyib:

“Münhendə komanda yoldaşlarımdan və “Bavariya” azarkeşlərindən çoxlu mesajlar aldım. Heç kimə sirr deyil ki, kubok qazanmaq arzum var və bu, getdikcə daha artıq. Ümid edirəm ki, nəhayət, kubok qazana biləcəm”.

Matç saat 23:00-da başlayacaq.