Keyn: “Ümid edirəm ki, bu dəfə kuboku qazanacağıq”

İngiltərə millisinin kapitanı Harri Keyn açıqlama verib.

Futbolpress.az xəbər verir ki, UEFA-nın saytına danışan forvard Avro-2024-dən gözləntilərini bölüşüb:

“Çox həyəcanlıyam. Turnirin keçiriləcəyi ölkəyə gəldiyiniz zaman xüsusi hisslər yaranır. Hamıda belədir, amma xoş hislərdir. İngiltərə millisinin kapitanı olmaq bir oyunçu kimi əldə edə biləcəyim ən böyük imtiyazdır. Bu, unikal hissdir. Dördüncü dəfə kapitan kimi böyük turnirdə olacam. Bu, şərəfdir. Daha əvvəl yarımfinal, final, 1/4 final oynamışıq. Ümid edirəm ki, bu dəfə kuboku qazanacağıq”.

İngiltərə millisi C qrupunda Serbiya, Danimarka və Sloveniya ilə mübarizə aparacaq.