İngiltərə millisinin hücumçusu Harri Keyn Avro-2024-ün 1/8 finalında Slovakiyanı məğlub etdikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, forvard komandasına qələbə qazandıran qolu haqda bunları deyib:
“Qol vurduğum üçün çox sevincliyəm. Bu, karyeramın ən gözəl qələbələrindən biri idi. Necə gözəl emosiyalardır!
Ümid edirəm ki, bu enerjimizi 1/4 finalda da davam etdirə bilər. Qələbə üçün hər yola hazırıq. Bizə vacib olan budur. İrəliləməyə davam edəcəyik”.
İngiltərə 1/4 finalda İsveçrə ilə qarşılaşacaq.