“Bavariya”nın futbolçusu Harri Keyn 2023/24 mövsümünün ən çox qol vuran oyunçusuna verilən “Gerd Müller” mükafatını alması haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 52 qolla bombardir olan hücumçu sosial şəbəkə hesabında bunları yazıb:
“Bu mükafatı aldığım üçün şadam. Bütün heyətə və komanda yoldaşlarıma təşəkkür edirəm. Onlarsız bunu bacarmazdım. Aldığım xoş mesajlara və şərhlərə görə minnətdaram”.