“Bavariya”nın hücumçusu Harri Keyn yığmadakı gələcəyi ilə bağlı qərarını verib.
Futbolpress.az xəbər verir ki, forvard hələ milli karyerasını bitirməyi düşünmür. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Keyn 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq arzusundadır.
İngiltərə yığması Avro-2024-ün finalında İspaniyaya uduzub – 1:2.