Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.
Futbolpress.az xəbər verir ki, hücumçu dünya və Avropa çempionatlarında ən çox oyun keçirən futbolçu adını qazanıb.
Avro-2024-də Serbiya ilə matç Keynin 23-cü qarşılaşması olub. O, bu göstəricidə əvvəlki rekordçu Eşli Koulu qabaqlayıb.
Koul dünya və Avropa çempionatlarında 22 oyunda iştirak edib.