Keyn – ingilislərin bombardiri

“Bavariya” Çempionlar Liqasınınn Liqa mərhələsinin I turunda “Dinamo”nu (Zaqreb) darmadağın edib – 9:2.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Harri Keyn görüşdə 4 qol vurub.

Forvard bununla da turnirdəki qollarının sayını 31-ə çatdırıb. O, Çempionlar Liqasında ən çox qol vuran ingilis futbolçu ünvanını əldə edib. Ondan əvvəl bu rekord 30 qolla Ueyn Runiyə məxsus idi.