Keyn: “Finalı belə uduzmaq ağırdır”

İngiltərə millisinin futbolçusu Harri Keyn Avro-2024-ün finalında İspaniyaya məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, forvard 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İndi hissləri ifadə etmək çətindir. Ağır oyun oldu, geri düşəndən sonra üstünlüyü almaq istəsək də, alınmadı. Daha yaxşısını edə bilmədik. Turnir boyu hədəfimiz hər oyunu qazanmaq idi. Şanslarımızı boşa verdik, finalı belə uduzmaq ağırdır. Fürsətlərdən istifadə etmək lazım idi”.