İngiltərə millisinin futbolçusu Harri Keyn Avro-2024-də Danimarkaya qarşı keçirdikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, hücumçu 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Turnirdə asan oyun yoxdur. Hər matçda bunun şahidi olurduq. Bəzən istədiyimiz səviyyədə olmuruq. Həm topla, həm də topsuz daha yaxşı ola bilirik. Bu, yaxşı komanda olduğumuzu göstərir. Qrupda üst pillələrdəyik və daha yaxşısını edə bilərik”.
Keyn oyunlara yaxşı başladıqlarını, ancaq sonra eniş yaşadıqlarını da etiraf edib:
“Yaxşı başlayırıq, amma daha sonra necə təzyiq edəcəyimizi bilmirik. Bəzən hansı epizoda kimin gedəcəyinə əmin olmuruq. Danimarkanı təbrik etməliyik, bizə çətinlik yaratdılar”.