“Keyfiyyətimiz var, ancaq sadə səhvlər buraxırıq”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avro-2024-ün qrup mərhələsinin üçüncü turunda Xorvatiya ilə oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Oyunun sonunda belə qol vuranda hər şey emosional alınır. Heç kim inanmırdı, ancaq oyunçularım bilirdilər. Meydanda üç müdafiəçi ilə qalsaq belə risklər etdik. Oyunçularımın reaksiyasına görə onları təbrik edirəm.

Birinci hissədə zəif çıxış etdik. İmkanlar yaratmazsan, rəqib bundan ruhlanar və irəli atılar. Komandamdam daha artığını gözləyirdim. Keyfiyyətimiz var, ancaq sadə səhvlər buraxırıq”.

İtaliya B qrupunu ikinci sırada bitirib və 1/8 finala vəsiqə qazanıb.