Kevinin qərarı Qvardiolanı məyus edib

“Mançester Siti”dən ayrılacağını açıqlayan Kevin de Bruyne Premyer Liqada qala bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi”, “Arsenal” və “Nyukasl” belçikalı yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.

De Bruyne Premyer Liqada qalmək istəyir və mövsümün sonunda seçimini edəcək. “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Kevinin çempionatdan başqa kluba keçmə qərarı verməsinə məyus olub.

33 yaşlı futbolçu bu mövsüm 33 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.