Belçikalı futbolçu Kevin de Bruyne “Mançester Siti”dəki taleyi haqda qərarını verib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “şəhərlilər”lə müqaviləni uzatmaq niyyətindədir. Bu barədə “Deadline Day Live” portalı məlumat yayıb. De Bruyne komandada qalmaq istəyir və ilk seçimi bu istiqamətdə olacaq.
Kevin bu mövsüm 23 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib. Onun adı Səudiyyə Ərəbistanı və ABŞ klubları ilə hallanırdı.