Kevin: “Hər şey bundan ibarətdir, başqa nəsə yoxdur”

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne adının Səudiyyə Ərəbistanı klubları ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib6

“Heç kimlə danışmamışam. Yay transfer dönəmində çoxlu şayiələr dolaşdı. Tətildə idi, qayıtdım, məşqlərə başladım və oynayıram. Hər şey bundan ibarətdir, başqa nəsə yoxdur”.

Daha əvvəl Kevinin “ƏL İttihad”da danışıqlar apardığı iddia edilmişdi. 33 yaşlı futbolçu bu mövsüm “Mançester Siti” ilə Premyer Liqada 3 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.