Kevin de Bruynenin taleyi bəlli oldu

Belçikalı yarımmüdafiəçi Kevin de Bruyne “Mançester Siti” ilə müqaviləsini uzadacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb. 32 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klublarından təklif almasına baxmayaraq, “şəhərlilər”də qalmaq istəyir.

De Bruynenin indiki müqaviləsi 2025-ci ilin yayına kimidir. O, 2024/2025 mövsümündə 26 oyunda meydana çıxıb və 6 qol vurub, 18 məhsuldar ötürmə edib.