“Mançester Siti”dən ayrılacağını açıqlayan Kevin de Bruyne karyerasını ABŞ-də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi “İnter Mayami”nin diqqət mərkəzindədir. Bu barədə ESPN məlumat yayıb. Lionel Messi, Luis Suares kimi oyunçuları olan MLS klubu daha bir ulduz oyunçunu – Kevini sıralarına qatmaq istəyir.
33 yaşlı yarımmüdafiəçi qərarını mövsümün sonunda verəcək.