Kevin de Bruyne “Mançester Siti”dəki gələcəyindən danışdı

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne klubdakı taleyi haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi bunları deyib:

“Klubla hələ danışmamışam. Formaya düşmək istəyirdim və bunu bacarıram. Xoşbəxtəm. Klubdakı taleyimin necə olacağını hələ bilmirəm”.

Kevin de Bruynenin adı Səudiyyə Ərəbistanı klubları ilə hallanır. Onun müqaviləsi 2025-ci ilin yayına kimidir.

Bruyne bu mövsüm Premyer Liqada 15 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.