Kevin Bundesliqada klubunu dəyişdi

Münhenqladbax “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Almaniya təmsilçisi “Bohum”dan ayrılan Kevin Ştegeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Kevin ötən mövsüm “Bohum”la Bundesliqada 32 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə edib.