“Mançester Siti”dən ayrılacağını açıqlayan Kevin de Bruyne karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi “Napoli” ilə danışıq aparır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi mövsümün sonunda azad agent kimi Neapol klubuna keçə bilər.
Kevin bu mövsüm Premyer Liqada 26 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.