Kerem qərarını verdi

Adı “Spartak”la (Rusiya) hallanan “Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu qərarını verib.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı cinah oyunçusu Moskva klubuna keçmək istəmir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Kerem Rusiya yox, daha yaxşı çempionatlarda oynamaq niyyətindədir.

Daha əvvəl “Spartak”ın Kerem üçün 12 milyon avro təklif etdiyi iddia edilib.

Cinah oyunçusu ötən mövsüm “Qalatasaray”da 54 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.