Kenan narazıdır

“Yuventus”un hücumçusu Kenan Yıldız hazırkı vəziyyətdən razı deyil.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı futbolçu start heyətində yerini itirib. Baş məşqçi Tiaqo Motta son vaxtlar onu əvəzedicilərdə meydana buraxmağa üstünlük verib. Jurnalist Nikolo Şkiranın sözlərinə görə, gənc futbolçu komandadakı hazırkı rolundan narazıdır. O, əvvəlki kimi ilk dəqiqələrdən müntəzəm olaraq meydana çıxmaq istəyir.

Kənan bu mövsümdə “Qoca Sinyora”nın heyətində 37 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Turin nəhəngi ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir və onun transfer dəyəri, “Transfermarkt”a görə, 45 milyon avrodur.