Kek: “Danimarkaya çox hörmət etdik”

Sloveniya millisinin baş məşqçisi Matey Kek Avro-2024-də Danimarkaya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Birinci hissədə Danimarkaya çox hörmət etdik. Rahat oynadılar, qol vurdular. Fasilədən sonra toparlandıq və təzyiqi üstümüzdən ata bildik. Daha yaxşı göründük və inkişaf etdiyimizi gördüm. Tribunalardan əlavə enerji gəlirdi ki, bu da bizə çox kömək oldu. Ümumilikdə, Danimarkadan daha yaxşı oynadığımızı düşünürəm”.