Azərbaycan badmintonçusu Keişa Fatima Zəhra Paris-2024-ə məğlubiyyətlə başlayıb. O, çinli He Bin Çzyaoya (0:2) uduzub.
Futbolpress.az xəbər verir ki, Keişa ilk oyununu belə şərh edib:
“Rəqibim dünyanın 6-cısıdır və bura medal ardınca gəldiyini gizlətmir. Əlimdən gələni etməyə çalışdım. İlk olimpiadamdır. İstər-istəməz həyacan var idi. Çalışacam növbəti oyunda daha yaxşı çıxış edim”.
Azərbaycan badmintonçusu növbəti matçını iyulun 29-da Böyük Britaniya təmsilçisi Kirsti Gilmora qarşı keçirəcək.